Qadınlar şəxsi məlumatları ifşa edən proqramı məhkəməyə verdilər

  • Zenfira Həbibli
  • 13.08.2025

Qadınlar şəxsi məlumatları ifşa edən proqramı məhkəməyə verdilər Günümüzdə sosial mediada, xüsusi proqramlarla tanış olmaq, münasibət qurmaq adi hala çevrilib. Lakin bəzən bunun təhlükəli tərəfləri ilə də qarşılaşırıq. Özünü ən güvənli təqdim edən platformalar belə bəzən istifadəçiləri çətin vəziyyətdə qoya bilir. BU platformalardan biri də “TEA Dating advice”-dır. Belə ki, başlanğıcda “TEA” xanımların özünü güvəndə hiss edəcəyi və məlumatlarının qorunacağı vədi ilə istifadəçiləri özünə çəkib. Lakin bir müddət sonra bəzi istifadəçilər öz yazışmalarının, qeydiyyat bilgilərinin və şəkillərinin aplikasiyadan kənar başqa saytlarda ifşalandığını görüblər. Bəzi istifadəçilərin adları, ünvanları da açıq şəkildə internetdə yayıldıqdan sonra istifadəçilər məhkəməyə üz tutub. Ötən həftə Amrikanın San-Fransisko əyalətində şikayətlər gözdən keçirilməyə başlanıb. Bu problem ilk olaraq “404 Media”-nın işıqlandırması ilə aşkar edilib. “4Chan” adlı güvənliyi sual altında olan məşhur platformada qadınların şəxsi məlumatlarının paylaşıldığını qeyd edərək mövzunu gündəmə gətiriblər. Şikayət edənlərin bir çoxu anonim qalmaq istəyib. Platform isə kibercinayətkarlıqla ittiham olunur. Başda güvənli, anonim və gizli qalmaq kimi vədlər irəli sürən proqram hazırda bu mövzularda etdikləri qanundankənar davranışlara görə məsuliyyətə cəlb olunurlar. İfşa edilən məlumatların arasında 13.000-ə yaxın şəxsiyyət vəsiqəsi, 59.000 min selfie, 72.000-ə yaxın isə anlıq mesajlaşmalar zamanı atılan şəkil və videolar olduğu bildirilir. Qaynaq: https://www.washingtonpost.com/nation/2025/08/06/tea-dating-advice-app-hack-lawsuits/