Hamının digital qarderobuna çevrilen Shein-in məxfilik siyasəti. Shein Hansı Məlumatları Toplayır? Qeydiyyat zamanı: Ad, soyad, e-poçt, telefon nömrəsi, və çatdırılma ünvanı kimi məlumatlar. Ödəniş prosesində: Kart məlumatları, ödəniş tarixçəsi və digər əlaqədar detallar. İstifadə zamanı: Baxdığın məhsullar, axtarış tarixçəsi, alış-veriş vərdişləri və platformadakı fəaliyyətin. Texniki məlumatlar: Cihaz növü, IP ünvanı, brauzer növü və əməliyyat sistemi kimi texniki detallar. Əlaqə zamanı: Müştəri xidməti ilə əlaqə zamanı verdiyin bütün məlumatlar. Məlumatların İstifadə Məqsədləri Sifarişin düzgün işlənməsi: Məhsulların sənə vaxtında və düzgün çatdırılması üçün. Müştəri təcrübəsinin yaxşılaşdırılması: Sənin maraqlarına uyğun tövsiyələr vermək, kampaniyalar haqqında məlumat göndərmək. Təhlükəsizlik tədbirləri: Hesabını qorumaq və fırıldaqçılığın qarşısını almaq məqsədilə. Marketinq fəaliyyətləri: Yeniliklər, endirimlər və xüsusi təkliflər barədə məlumat vermək üçün. Xidmətlərin optimallaşdırılması: Saytın və tətbiqin fəaliyyətini daha da yaxşılaşdırmaq üçün analizlər aparmaq. Sənin Hüquqların və Seçimlərin Məlumatlarına baxmaq və düzəliş etmək: İstədiyin zaman şəxsi məlumatlarını görə və yeniləyə bilərsən. Məlumatların silinməsi: Hesabını deaktiv edib məlumatlarının silinməsini tələb edə bilərsən. Məhdudiyyətlər qoymaq: Marketinq üçün məlumatlarının istifadəsini məhdudlaşdıra bilərsən. Məxfilik siyasətində dəyişikliklər barədə məlumat almaq: Hər zaman yeniliklərdən xəbərdar edilirsən. Özünü Necə Qoruya Bilərsən? Güclü şifrə istifadə et: Hesabının təhlükəsizliyi üçün unikal və güclü parol seç. Şübhəli e-poçtlara diqqət et: Heç vaxt şübhəli linklərə və mesajlara klikləmə. Hesabını paylaşma: Login məlumatlarını heç kəslə bölüşmə. Təhlükəsizlik tədbirlərindən istifadə et: İki faktorlu təsdiqləmə aktivləşdir. Shein şəxsi məlumatlarını qanunvericiliyə uyğun şəkildə toplayır və istifadə edir. Alış-verişini rahat və təhlükəsiz etmək üçün həm platformaya, həm də öz məsuliyyətinə güvən.
Hamının digital qarderobuna çevrilen Shein-in məxfilik siyasəti.
