Profilinə Təkcə Follower-lər Yox, Instagram da Baxır

  • Nərmin Əhmədli
  • 01.08.2025

Profilinə Təkcə Follower-lər Yox, Instagram da Baxır İnstagram Qeydiyyat Zamanı Məxfilik Siyasətində Nələr Yazılır? Instagram hesabı yaratdıqda sən avtomatik olaraq Meta-nın Məxfilik Siyasətinə razılıq verirsən. Bu sənəddə əsasən bunlar qeyd olunur: 1. Toplanacaq Məlumatlar Hesab məlumatların: ad, istifadəçi adı, şifrə, e-poçt və ya telefon. Fəaliyyətlərin: paylaşdığın fotolar, videolar, mesajlar, kimləri izlədiyin, nə bəyəndiyin. Cihaz və bağlantı məlumatları: telefon modeli, IP ünvanın, əməliyyat sistemin, yerləşdiyin yer. Digər xidmətlərdən gələn məlumatlar: Facebook, WhatsApp və ya brauzer fəaliyyətlərin. 2. Bu Məlumatlarla Nə Edirlər? Sənə uyğun reklam və məzmun göstərirlər. Tətbiqin təhlükəsizliyini və işləməsini təmin edirlər. Yeni funksiyaları təkmilləşdirirlər və təhlil aparırlar. 3. Məlumatların Kimlə Paylaşılır? Meta ailəsinə daxil olan platformalarla (Facebook, WhatsApp və s.) Tərəfdaş reklam şirkətləri və analitik alətlərlə. 4. Məlumatların Silinməsi və Nəzarət Hesabını silə və ya dondura bilərsən. Amma bəzi məlumatlar Meta-nın serverlərində ehtiyat nüsxə kimi qala bilər. Bu da maksimum 6ay olur. “Məxfilik parametrləri” bölməsindən məlumatlarına nəzarət edə bilərsən. İnstagram kart məlumatlarını da bəzən tələb edir bu hal isə, sən reklam verəndə Meta Ads Manager üçün lazımdır.